Dünya
Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
Şimal-Qərb və MakQill universitetlərinin alimləri ilk dəfə sürətli radio partlayışının (FRB) mənbəyini yaşı 11,3 milyard il olan "ölü" elliptik qalaktikanın kənarında müəyyən ediblər.
Publika.az xəbər verir ki, 2024-cü ilin fevralında "CHIME" radioteleskopu tərəfindən qeydə alınan FRB 20240209A mənbəyindən sonradan daha 21 impuls aşkarlanıb.
Əlavə müşahidələr sayəsində siqnalın Yer kürəsindən təxminən 2 milyard işıq ili uzaqlıqda yerləşən qədim qalaktikadan gəldiyi dəqiqləşdirilib.
Alimlərin hesablamalarına görə, qalaktikanın kütləsi Günəşdən 100 milyard dəfə çoxdur. Mənbə qalaktikanın mərkəzindən təxminən 130 min işıq ili uzaqlıqda yerləşir və bu, indiyədək qeydə alınmış sürətli radio partlayışları arasında ən böyük məsafə hesab olunur.
Kəşf alimlərin bu siqnalların yalnız gənc və iri kütləli ulduzlardan yaranan maqnetarlardan qaynaqlandığı barədə nəzəriyyəsini şübhə altına alıb. Tədqiqatçılar hesab edirlər ki, bəzi sürətli radio partlayışları neytron ulduzlarının birləşməsi ilə əlaqəli ola bilər.
Qeyd edək ki, araşdırmanın nəticələri "The Astrophysical Journal Letters" jurnalında dərc olunub.
Müəllif: Roza
-
Region17:12Rusiyadan Ermənistana növbəti zərbə: 70 mindən çox məhsul satışdan çıxarıldı
-
Sosial15:23Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinə başlanılır - YENİLƏNDİ
-
Sosial14:38Şəhərin mərkəzində yararsız keçid, işləməyən eskalator - FOTO
-
MDB13:38Moskva mesaj verdi: Ermənistanın səsi alına bilər
-
Rəsmi xronika12:59Prezident onu vəzifəsindən azad etdi
-
Ekologiya12:5339 dərəcə isti - SABAHIN HAVASI
-
Dünya11:34ABŞ-ın bu ölkədəki gizli rolu üzə çıxdı: Müharibəyə belə hazırlaşırlar
-
Nida Xəbər 10:58Bu şəxslərə gələn aydan kompensasiya ödəniləcək






















.webp)




.jpg)
.jpg)





