Dünya
Ermənistan Aİ-nin miqrant planına salındı - İtaliya yeni mərkəz yaratmaq istəyir
İtaliya Avropa İttifaqında (Aİ) miqrasiya siyasətinin sərtləşdirilməsi çərçivəsində miqrantların qəbul ediləcəyi üçüncü ölkələr sırasında Ermənistanın da adını çəkib.
Publika.az xəbər verir ki, bu barədə İtaliyanın daxili işlər naziri Matteo Pyantedozi Aİ ölkələrinin daxili işlər nazirlərinin fövqəladə iclasında bildirib.
Nazir İspaniya ilə sərhəddə Şengen sazişinin tətbiqinin müvəqqəti dayandırılmasının Madridə qarşı yönəlmədiyini, bunun Aİ daxilində təhlükəsizliyin təmin olunması məqsədi daşıdığını deyib.
Pyantedozi miqrantların üçüncü ölkələrdə yaradılacaq xüsusi mərkəzlərdə qəbul edilməsini nəzərdə tutan "yeni model" təklif edib. Mümkün məkanlar sırasında Ruanda, Uqanda, Qana, Tunis, Liviya, Özbəkistan və Ermənistanın adı çəkilib.
Onun sözlərinə görə, İtaliya miqrasiyanın idarə olunmasına vahid Avropa yanaşmasının tətbiqini dəstəkləyir. Albaniya ilə miqrant mərkəzinin yaradılması barədə razılaşma isə məhkəmə maneələrinə görə hələlik icra olunmur və Roma alternativ variantlar üzərində işləyir.
Nazir sığınacaq almaq hüququ olmayan şəxslərin deportasiya edilməsinin və qanunsuz miqrant axınının qarşısının alınmasının yeni modelin əsas elementi olduğunu vurğulayıb.
Qeyd edək ki, miqrasiya məsələsi Aİ-də ən mübahisəli mövzulardan biri olaraq qalır və müzakirələrin növbəti iclaslarda da davam etdirilməsi planlaşdırılır.
Adəm
-
Region17:12Rusiyadan Ermənistana növbəti zərbə: 70 mindən çox məhsul satışdan çıxarıldı
-
Sosial15:23Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinə başlanılır - YENİLƏNDİ
-
Sosial14:38Şəhərin mərkəzində yararsız keçid, işləməyən eskalator - FOTO
-
MDB13:38Moskva mesaj verdi: Ermənistanın səsi alına bilər
-
Rəsmi xronika12:59Prezident onu vəzifəsindən azad etdi
-
Ekologiya12:5339 dərəcə isti - SABAHIN HAVASI
-
Dünya11:34ABŞ-ın bu ölkədəki gizli rolu üzə çıxdı: Müharibəyə belə hazırlaşırlar
-
Nida Xəbər 10:58Bu şəxslərə gələn aydan kompensasiya ödəniləcək























.webp)



.jpg)
.jpg)





