Dünyanın ən borclu ölkələrinin adı açıqlandı - SİYAHI
Bizi izləyin

Dünya

Dünyanın ən borclu ölkələrinin adı açıqlandı - SİYAHI

Dünyanın ən borclu ölkələrinin adı açıqlandı - SİYAHI

Beynəlxalq Valyuta Fondunun (BVF) 2026-cı il Dünya İqtisadi Perspektivi hesabatına əsasən, dünyanın ən çox dövlət borcuna malik ölkələrinin siyahısı açıqlanıb.

Publika.az xəbər verir ki, hesabatda dövlət xərclərinin artması, yüksək faiz dərəcələri və büdcə kəsirləri səbəbindən bir çox ölkənin borc yükünün tarixi səviyyəyə yüksəldiyi bildirilib.

Siyahıya 40,7 trilyon dollar dövlət borcu ilə ABŞ başçılıq edir. Bu göstərici ölkə tarixində indiyədək qeydə alınmış ən yüksək səviyyə hesab olunur.

İlk onluqda Çin (22,3 trilyon dollar), Yaponiya (9 trilyon dollar), Böyük Britaniya (4,4 trilyon dollar), Fransa (4,3 trilyon dollar), İtaliya (3,8 trilyon dollar), Almaniya (3,5 trilyon dollar), Hindistan (3,5 trilyon dollar), Kanada (2,8 trilyon dollar) və Braziliya (2,5 trilyon dollar) yer alıb.

Həmçinin qonşu ölkələr arasında Rusiyanın dövlət borcu 507 milyard dollar, Türkiyənin isə 418 milyard dollar olaraq göstərilib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm