Dünya
Kim Çen Inın bacısı Yaponiyanı təhdid etdi
"Yaponiya hərbi potensialını sürətlə artırır və bəyanatlardan praktiki addımlara keçir. Xüsusilə, Sakit okeanda "Aegis" sistemli esminesdən "Tomahawk" qanadlı raketlərinin sınaq buraxılışı və ABŞ-ın rəhbərliyi ilə may ayında keçirilən təlimlərdə iştirak bunu göstərir".
Publika.az Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadla xəbər verir ki bunu Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri və ölkə lideri Kim Çen Inın bacısı Kim Yo Çjon bildirib.
O, həmçinin qeyd edib ki, söhbət Tokionun Sakit okeandakı adada buraxılış qurğuları və kəşfiyyat PUA-ları yerləşdirməsindən, "F-35A" qırıcıları üçün qanadlı raketlərin alınmasından, eləcə də gəmi əleyhinə imkanlara malik pilotsuz sualtı qayığın yaradılması planlarından gedə bilər.
Şimali Koreya liderinin bacısının fikrincə, Yaponiyanın bu cür hərəkətləri onun əvvəllər tutduğu mövqe ilə ziddiyyət təşkil edir. O, beynəlxalq ictimaiyyəti qonşusunun hərbi dövlətə çevrilməsinə yol verməməyə çağırıb.
"Ən effektiv üsullardan biri Yaponiyaya dərk etdirməkdir ki, həddindən artıq istəkləri ucbatından o, daha ciddi təhlükəyə məruz qalacaq. KNDR-nin silahlı qüvvələri və hərbi rəhbərliyi baş verən dəyişikliklərə cavab olaraq əlavə hərbi addımlar atacaq", — deyə siyasətçi xəbərdarlıq edib.
Hüseyn İbadlı
-
Magazin106:16Zaur Baxşəliyev verilişinin bağlanma səbəbindən danışdı - VİDEO
-
Magazin203:13Bikinidə sal daş üzərində uzanıb poza verdi - FOTO
-
Səhiyyə02:42Arıqlamağın əsas düşməni - Populyarlığın arxasında sağlamlıq üçün ciddi təhdidlər gizlənir
-
Səhiyyə01:41Nadir Burbon virusunun yayılma riski var? - ÜST-dən AÇIQLAMA
-
Region00:30Özgür Özelin toxunulmazlığının ləğvi tələb edildi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ciddi maskanı bir kənara qoyun və...
-
Magazin14 Avqust 23:00Təranə Səmədovanın uşaq evində olan qızı - VİDEO
-
Hadisə4 Avqust 22:36Bakıda sərnişin avtobus sürücüsünü döydü - VİDEO



















.jpg)
.webp)


.jpg)
.jpg)
.jpg)





