Dünya
İsrailli siyasətçidən qalmaqallı çağırış: 800 min fələstinli sürgün edilməlidir!
İsraildə ifrat sağçı Zehut Partiyasının lideri Moşe Feiqlin Qəzza ilə bağlı qalmaqallı açıqlamalar verib.
Publika.az xəbər verir ki, Feiqlin televiziya proqramında çıxışı zamanı Qəzzanın tamamilə boşaldılmasını, bölgədə yaşayan təxminən 800 min fələstinlinin isə Misir və İordaniya başda olmaqla digər ölkələrə göndərilməsini təklif edib.
O, Qəzzada "bir nəfər də ərəb qalmamalı idi" deyərək, bölgəyə su və elektrik təchizatının tamamilə dayandırılmasını müdafiə edib. Feiqlin, həmçinin fələstinlilərin Ariş və Əl-Məvasi istiqamətinə köçürülərək, daha sonra müxtəlif ölkələrə göndərilməli olduqlarını iddia edib.
Türkiyənin bölgədəki mümkün roluna da toxunan israilli siyasətçi, "Əgər oranı boşaltmasanız, Ərdoğan gəlib Qəzzada nəzarəti ələ keçirməyə çalışacaq" ifadəsini işlədib.
Feiqlin çıxışında işğal altındakı İordan çayının qərb sahilində yaşayan fələstinlilərin sayına dair rəsmi məlumatları da şübhə altına alıb və İsrailin "Yəhudi xalqının dövləti" kimi rəsmiləşdirilməsini nəzərdə tutan qanun təşəbbüsünü dəstəklədiyini bildirib.
Müəllif: Roza
-
İdman00:45Kriştiano Ronaldo Georgina Rodrigezlə evləndi
-
İKT00:30"SpaceX" bu ölkəni "Starlink" rabitə bölgəsindən çıxardı
-
Magazin200:15Bir bölümdən görün nə qədər qazanacaqlar
-
Qoroskop00:00Günün ULDUZ FALI - Romantik həyatınızda isə xoş sürprizlər gözlənilir
-
İdman11 Avqust 23:48"Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşdi
-
İdman11 Avqust 23:31“Barsa” təsdiqlədi: Çarpaz bağ cırılıb
-
Nida Xəbər 11 Avqust 22:58"Naxçıvanın təhlükəsizliyi birinci şərtdir"
-
Rəsmi xronika11 Avqust 22:16Prezident Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış oldu - FOTO





















.jpg)










