Şeybani Türkiyəyə səfər edir - Bu məsələlər müzakirə olunacaq
Bizi izləyin

Dünya

Şeybani Türkiyəyə səfər edir - Bu məsələlər müzakirə olunacaq

Şeybani Türkiyəyə səfər edir - Bu məsələlər müzakirə olunacaq

Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani avqustun 6-da Türkiyəyə rəsmi səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Şeybani Türkiyə xarici işlər naziri Hakan Fidan tərəfindən qəbul ediləcək. Görüşdə Suriyada davamlı sabitlik və təhlükəsizliyin təmin olunması, terrorla mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, ikitərəfli münasibətlərin institusional əsasda inkişafı və qarşıdakı yüksək səviyyəli səfərlərin hazırlığı müzakirə ediləcək.

Tərəflər, həmçinin Suriyanın şimal-şərq bölgəsinin mərkəzi hökumətə inteqrasiyası, İsrailin Suriyaya yönəlik siyasəti, Qəzzadakı vəziyyət və Livanın cənubundakı İsrail işğalı ilə bağlı regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Bundan başqa, Türkiyənin ABŞ və İran arasında atəşkəsin təmin olunması, Hörmüz boğazının yenidən açılması və bölgədə davamlı sülhün bərqərar olunmasına yönəlmiş diplomatik səylərə dəstəyini bir daha vurğulayacağı gözlənilir.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm