Dünya
NASA Ayda daimi baza qurur: ABŞ Marsa gedən yolun qapısını açır
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 57 il əvvəlki ilk Ay missiyasından sonra Yerin peykinə yenidən qayıtmağa hazırlaşır. Məqsəd bu dəfə təkcə eniş etmək deyil, Ayda daimi baza yaratmaqdır.
Publika.az xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb.
Bildirilib ki, layihə NASA rəhbəri Cared Ayzekmanın irəli sürdüyü genişmiqyaslı kosmik proqramın tərkib hissəsidir. Proqram çərçivəsində nüvə mühərrikli kosmik aparatların hazırlanması, kosmos iqtisadiyyatının formalaşdırılması və gələcəkdə amerikalı astronavtların Marsa göndərilməsi nəzərdə tutulur.
Ayzekmanın sözlərinə görə, keçirilən sorğular ABŞ vətəndaşlarının təxminən 70 faizinin Ay missiyasına dəstək verdiyini göstərib. Bu göstəricinin prezident Con Kennedinin dövrü ilə müqayisədə iki dəfə yüksək olduğu vurğulanıb.
NASA hesab edir ki, Ayda daimi baza yaradılması gələcək Mars missiyalarına hazırlıq baxımından strateji əhəmiyyət daşıyır.
Müəllif: Adəm
-
Nida Xəbər 14:30ABŞ-ın xüsusi elçisi İrəvanda - Zəngəzur dəhlizinə xüsusi diqqət
-
Rəsmi xronika13:20İlham Əliyev sosial şəbəkələrdə yaş məhdudiyyəti ilə bağlı dəyişiklikləri təsdiqlədi
-
Region10:53Türk aşpaz Ruben Rubinyanı Adanaya dəvət etdi: Kabab yeyək, sülh əldə edək
-
İdman10:15Blatterdən sensasion təklif: FİFA prezidenti bu qadın olmalıdır - FOTO
-
MDB10:02Tulada “Wildberries” mərkəzi vuruldu - Yanır
-
Kriminal09:50Qalmaqal: Polislər qadınları izləmək üçün gizli sistemdən istifadə ediblər
-
Magazin208:36Prodüser Kanye Uesti məhkəməyə verdi - İki iddia var
-
Ekologiya07:1739 dərəcə isti olacaq - Bu günün HAVASI






























.jpg)
.jpg)







