ABŞ kəşfiyyatı Kiyevə bütün məlumatları ötürür - Rusiyanın etirazları işə yaramadı
Bizi izləyin

Dünya

ABŞ kəşfiyyatı Kiyevə bütün məlumatları ötürür - Rusiyanın etirazları işə yaramadı

ABŞ kəşfiyyatı Kiyevə bütün məlumatları ötürür - Rusiyanın etirazları işə yaramadı

Bir neçə ABŞ senatoru Vaşinqton və Kiyev arasında kəşfiyyat mübadiləsinin intensivliyinin əvvəlki səviyyələrə qayıtdığı qənaətinə gəlib.

Publika.az xəbər verir ki, bu açıqlamanı Senatın Kəşfiyyat üzrə Seçilmiş Komitəsinin sədri Mark Uorner, həmkarları Con Kornin, Rocer Viker və Tim Keyn ilə birlikdə veriblər. Onlar məlumat mübadiləsinin həcminin və keyfiyyətinin son fasilələrdən əvvəl qeydə alınan səviyyələrə qayıtdığını bildiriblər.

Ağ Ev bu məlumatı şərh edərkən Prezident Donald Trampın mövqeyinə istinad edib. Administrasiya sözçüsü dövlət başçısının münaqişənin həllinə sadiq olduğunu və onun komandasının Rusiya ilə Ukrayna arasındakı qarşıdurmaya son qoymaqda konstruktiv rol oynamağa davam edəcəyini vurğulayıb. Amerika administrasiyası həmçinin gələcəkdə sülh sazişinin əldə olunmasına ümid etdiyini bildirib.

Rusiya əvvəllər Kiyevlə kəşfiyyat məlumatlarını paylaşmaqla bağlı dəfələrlə xəbərdarlıqlar etmişdi. Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova xatırladıb ki, Moskva müntəzəm olaraq Vaşinqtona bu cür hərəkətlərə qarşı siqnallar verir, çünki Ukrayna ordusu bu məlumatlardan Rusiya daxilindəki obyektləri hədəf almaq üçün istifadə edir. O bildirib ki, buna cavab olaraq amerikalılar ya ümumi açıqlamalarla məhdudlaşıblar, ya da tamamilə cavab verməkdən yayınıblar.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm