Dünya
ABŞ-ın Yaxın Şərqdə strateji prioriteti dəyişir: Türkiyə ön planda, İsrail təklənir
İsrail mediası ABŞ-ın Yaxın Şərqdə strateji prioritetlərini dəyişdiyini və diqqətini İsrail əvəzinə Türkiyə ilə Səudiyyə Ərəbistanına yönəltdiyini iddia edib.
Publika.az xəbər verir ki, “Haaretz” nəşrinə görə, Vaşinqtonun Türkiyəyə F-35 qırıcılarının satışını gündəmdə saxlaması bu siyasət dəyişikliyinin əsas göstəricilərindən biri hesab olunur.
Bildirilir ki, bu addım hazırda güclü olan Türkiyə Hərbi Hava Qüvvələrinin imkanlarını daha da artıracaq.
Həmçinin, ABŞ-la İsrail arasında hərbi əməkdaşlığın davam etməsinə baxmayaraq, Təl-Əvivin siyasi səviyyədə, xüsusilə İran məsələsində Vaşinqtonun qərarlarına təsir imkanlarının zəiflədiyi vurğulanıb. ABŞ-ın İrana qarşı əməliyyatlar zamanı İsraili kənarda saxladığı və Hörmüz boğazı ilə bağlı əməliyyata dəvət etmədiyi də qeyd edilib.
İsrail mediası əlavə edib ki, ABŞ-ın Səudiyyə Ərəbistanı ilə nüvə əməkdaşlığını genişləndirməsi, Livan və İraqla münasibətlərini inkişaf etdirməsi, eləcə də Türkiyənin F-35 proqramına qayıtması fonunda Təl-Əvivdə ölkənin regionda getdikcə təkləşdiyi ilə bağlı narahatlıqlar artır.
Müəllif: Roza
-
Nida Xəbər 11:43Qalyandan Hikmət Hacıyevin çağırışına cavab gəldi: Xalq qərar verəcək
-
Hadisə11:21Gəncədə kütləvi dava: Bir nəfər öldü, üç nəfər yaralandı - YENİLƏNDİ
-
Dünya09:57Türkiyənin cəsarətli addımları və bu bölgədə artan təsiri: İsraildə nədən narahatdırlar?
-
MDB09:18Kadırovun generalından çağırış: Ukraynalılar edam edilməlidir, onlar asılmağı sevirlər
-
Banklar 03:43Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
-
Qoroskop00:45Günün ulduz falı: qəfil yaranan səyahət fürsəti planlarınızı dəyişəcək
-
Hadisə5 Avqust 22:46Bakıda məsciddə yanğın oldu - Yeniləndi
-
Hadisə5 Avqust 20:24Mingəçevirdə yeniyetmə kanalda batdı

























.jpg)







