Dünya
Pezeşkianla Müctəbanın sirli görüşü: Şüşələri qaraldılmış avtomobildən gələn səs...
İranda prezident Məsud Pezeşkian ilə dini lider Müctəba Xamenei arasında baş tutduğu iddia edilən gizli görüş müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə "Iran International" məlumat yayıb.
Bildirilib ki, Pezeşkian uzun müddət Xamenei ilə görüşməyə cəhd göstərib. Sonda görüşə razılıq verilsə də, bu, rəsmi iqamətgahda deyil, Tehranda naməlum ünvanda, şüşələri tam qaraldılmış avtomobildə baş tutub.
Mənbələrin iddiasına görə, görüş cəmi bir neçə dəqiqə davam edib. Avtomobilin salonunun tam qaranlıq olduğu, tərəflərin bir-birini görə bilmədiyi və təhlükəsizlik əməkdaşlarının əl sıxmağa belə icazə vermədiyi iddia edilir.
Həmçinin qeyd olunur ki, Pezeşkian sonradan köməkçilərinə danışdığı şəxsin həqiqətən Müctəba Xamenei olub-olmadığına əmin olmadığını bildirib. Onun yalnız bir səs eşitdiyini dediyi iddia edilir.
Məlumata görə, Pezeşkian daha sonra Xameneinin rəsmi iqamətgahında yeni görüş keçirilməsi üçün müraciət etsə də, bu tələb də qəbul edilməyib.
Müəllif: Roza
-
Region13:12Rusiya Qafanda konsulluq açacaq? - Bağır Məmiyev detalları açıqladı
-
Rəsmi xronika13:08İlham Əliyev Gömrük Məcəlləsində dəyişikliyi təsdiqlədi
-
Nida Təhlil 12:4716 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış
-
Nida Xəbər 11:43Qalyandan Hikmət Hacıyevin çağırışına cavab gəldi: Xalq qərar verəcək
-
Hadisə11:21Gəncədə kütləvi dava: Bir nəfər öldü, üç nəfər yaralandı - YENİLƏNDİ
-
Dünya09:57Türkiyənin cəsarətli addımları və bu bölgədə artan təsiri: İsraildə nədən narahatdırlar?
-
MDB09:18Kadırovun generalından çağırış: Ukraynalılar edam edilməlidir, onlar asılmağı sevirlər
-
Banklar 03:43Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
























.jpg)







