Jurnalistin sualı Baxçalını əsəbiləşdirdi: Belə cavab verdi
Bizi izləyin

Dünya

Jurnalistin sualı Baxçalını əsəbiləşdirdi: Belə cavab verdi

Jurnalistin sualı Baxçalını əsəbiləşdirdi: Belə cavab verdi

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı parlamentdə müzakirəyə çıxarılan “Terrorsuz Türkiyə” qanun layihəsi ilə bağlı sual verən jurnalistə sərt cavab verib.

Publika.az xəbər verir ki, jurnalist bəzi siyasi partiyalarda qanun layihəsi ilə bağlı fikir ayrılıqları və çaşqınlığın olduğunu xatırladaraq Baxçalıdan münasibət soruşub.

MHP lideri isə suala belə cavab verib: “18 saat dinləyəcəksiniz, bu nə sualdır indi?”

Baxçalının bu sözləri qanun layihəsinin Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında uzun müddət müzakirə olunacağı kimi şərh edilib. Qanun layihəsi ilə bağlı siyasi partiyalar arasında fikir ayrılıqlarının olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm