Ukrayna Soçiyə hücum etdi
Bizi izləyin

Dünya

Ukrayna Soçiyə hücum etdi

Ukrayna Soçiyə hücum etdi

Rusiyanın Soçi və Sirius şəhərlərində Ukraynadan dron hücumu təhlükəsi elan edilib.

Publika.az xəbər verir ki, bu barədə Soçi meri Andrey Proşunin məlumat verib.

“Diqqət! Soçidə dron hücumu təhlükəsi var. Bütün qüvvələr və resurslar şəhəri qorumaq üçün çalışır. Təhlükəsiz yerdə sığınacaq tapın və sakit qalın”, - o bildirib.

Sirius şəhərində də hava hücumu təhlükəsi elan edilib.

“Diqqət! Dron hücumu təhlükəsi var. Bütün qüvvələr və resurslar onu dəf etməyə hazırdır. Xahiş edirik, sakit qalın, pəncərələrdən uzaqlaşın və təhlükəsiz yerdə sığının”, - Sirius administrasiyasının rəhbəri Dmitri Plişkin deyib.

Ardınca şəhərlərin merləri həyəcan siqnalının ləğv edildiyini açıqlayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm