ABŞ və Polşadan hərbi ittifaqda yeni addım - İstehsal başlayır
Bizi izləyin

Dünya

ABŞ və Polşadan hərbi ittifaqda yeni addım - İstehsal başlayır

ABŞ və Polşadan hərbi ittifaqda yeni addım - İstehsal başlayır

ABŞ və Polşa silahların birgə istehsalı imkanlarını müzakirə edir.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Varşavadakı səfiri Tom Rouz jurnalistlərə açıqlamasında bildirib.

“Biz hərbi texnikanın burada, Polşada birgə istehsalına imkan yaratmaq üçün səylə çalışırıq”, - deyə diplomat vurğulayıb.

Səfir bu açıqlamanı Lodz şəhərində “Apache” helikopterlərinin texniki xidməti üçün servis mərkəzinin yaradılmasına dair müqavilənin imzalanması ilə bağlı keçirilən mətbuat konfransında verib.

Qeyd edək ki, bundan əvvəl Varşava “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin Polşada istehsal edilməsini təklif edib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm