Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
Bizi izləyin

Dünya

Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı

Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı

Türkiyə parlamenti Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvlərinə məhdud amnistiya nəzərdə tutan qanunu qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qanun PKK-nın minlərlə üzvünün silahı yerə qoyması və cəmiyyətə reinteqrasiyası qaydalarını müəyyənləşdirir.

Sənədə əsasən, törədilən cinayətin ağırlığından asılı olaraq bəzi məhkumluqların icrası dayandırıla, davam edən cinayət işləri isə 5 və ya 10 il müddətinə dondurula bilər.

Güzəştdən yararlanan şəxslər həmin müddət ərzində yeni cinayət törətməsələr, barələrindəki cinayət işlərinə xitam veriləcək, çıxarılan hökmlər isə ləğv olunacaq.

Qeyd edək ki, bu qanun Türkiyənin kürdlərlə təxminən 40 ildir davam edən və on minlərlə insanın həyatına son qoyan münaqişənin başa çatdırılması istiqamətində atdığı ilk qanunvericilik addımıdır.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm