Dünya
Ana xəstə oğlunu öldürüb intihar etdi - FOTO
Türkiyənin İzmir şəhərinin Urla rayonunda 60 yaşlı Nurten Kandemirin 19 yaşlı oğlu Ahmet Barış Kandemiri öldürdükdən sonra intihar etdiyi bildirilir.
Publika.az xəbər verir ki, leykoz xəstəliyindən müalicə alan və əqli məhdudiyyətli olduğu qeyd edilən gənci xüsusi məktəbə aparmaq üçün evə gələn servis əməkdaşı qapının açılmamasından şübhələnib.
Pəncərədən baxan əməkdaş ana və oğlunu qan içində görüb və polisə məlumat verib. Hadisə yerinə gələn tibbi yardım əməkdaşları hər iki şəxsin öldüyünü müəyyənləşdiriblər.
Polisin ilkin araşdırmasına əsasən, Nurten Kandemir tapança ilə oğlunu öldürdükdən sonra eyni silahla intihar edib.
Faktla bağlı araşdırma davam edir.
-
Yaxın Şərq17:07Müsəlman ölkələrinin birləşməsi İsraili təşvişə saldı: Tətikdə olmalıyıq
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video


































