Tehran Avropadakı ABŞ bazalarını vurmağa hazırlaşır... - NATO-dan reaksiya
Bizi izləyin

Dünya

Tehran Avropadakı ABŞ bazalarını vurmağa hazırlaşır... - NATO-dan reaksiya

Tehran Avropadakı ABŞ bazalarını vurmağa hazırlaşır... - NATO-dan reaksiya

NATO İrandan Avropadakı ABŞ hərbi obyektlərinə zərbələr endiriləcəyi təqdirdə üzv ölkələrinə yönələn təhdidlərə cavab verməyə hazırdır.

Publika.az xəbər verir ki, bunu NATO-nun nümayəndəsi "CNN"ə bildirib.

“NATO istənilən təhdidə qarşı durmağa hazırdır və müttəfiqlərin müdafiəsi üçün bütün zəruri tədbirləri görəcək”, - nümayəndə qeyd edib.

Qeyd edək ki, bundan əvvəl “Financial Times” qəzeti İrana yaxın mənbələrə istinadən Tehranın Vaşinqtonun müharibəni genişləndirəcəyi təqdirdə Avropadakı ABŞ hərbi obyektlərinə zərbələr endirmək ehtimalını nəzərdən keçirdiyini yazıb.

Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə əsasən, NATO üzvlərindən birinə qarşı silahlı hücum bütün alyans üzvlərinə edilmiş hücum kimi qiymətləndirilir. Maddəyə görə, belə halda müttəfiqlər hücuma məruz qalan ölkəyə yardım göstərməlidir. NATO tarixində 5-ci maddə indiyədək yalnız bir dəfə - 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terror aktlarından sonra tətbiq edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm