Dünya
“Meta”nı 1,4 trilyon dollarlıq cərimə gözləyir - Şirkətə qarşı böyük məhkəmə işi
“Meta” korporasiyası uşaqları və yeniyetmələri “Facebook” və “Instagram” platformalarında daha çox vaxt keçirməyə sövq etməkdə ittiham olunur. Şirkət bu iddialara görə 1,4 trilyon dollara qədər cərimə ilə üzləşə bilər.
Publika.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Məlumata görə, Kaliforniya, Kolorado, Kentukki və Nyu-Cersi ştatlarının rəhbərlikləri “Meta”nı “Facebook” və “Instagram”da uşaqların və yeniyetmələrin platformalarda mümkün qədər uzun müddət qalmasına hesablanmış funksiyalardan istifadə etməkdə ittiham edib.
2023-cü ildə ümumilikdə 29 ABŞ ştatı “Meta”ya qarşı məhkəmə iddiası qaldırıb. Hazırda isə ilk olaraq dörd ştatın iddialarına baxılır.
“Meta”nın öz hesablamalarına görə, bu işlər üzrə nəzəri olaraq tətbiq edilə biləcək maksimum sanksiyaların məbləği 1,4 trilyon dollara çata bilər. Bu rəqəm şirkətin bazar dəyərinin demək olar ki, tamamına bərabərdir. Bununla belə, hüquqşünaslar belə böyük məbləğdə cərimənin tətbiq olunmasını olduqca az ehtimal edirlər.
İddiaçılar həmçinin “Meta”nın azyaşlılar üçün yarana biləcək risklərdən xəbərdar olduğunu və 13 yaşdan kiçik uşaqların məlumatlarını valideynlərin razılığı olmadan topladığını bildirirlər.
Şirkət isə ittihamları rədd edir və azyaşlı istifadəçilərin müdafiəsi üçün mövcud təhlükəsizlik tədbirlərinə istinad edir.
Məhkəmə prosesində “Meta”nın rəhbəri Mark Zukerberq, “Instagram”ın rəhbəri Adam Mosseri və şirkətin keçmiş əməkdaşlarının ifadə verməsi gözlənilir.
-
Sosial18:10Bakıda “İbrahim Tatlışiş”də kabab at ətindən bişirilirmiş - Foto
-
Region17:06Rusiya-Gürcüstan sərhədində sıxlıq: 20 min nəfər növbə gözləyir
-
Sosial14:40"Telegram" bir gündə 100 mindən çox kanal və qrupu blokladı
-
Region13:17İranla ən çox ticarət edən 20 ölkə: Azərbaycan görün neçəncidir - SİYAHI
-
Rəsmi xronika12:57Prezident balaca Gülərin arzusunu belə reallaşdırdı - VİDEO
-
Region11:17Rusiyadan Türkiyəyə S-400 jesti: Bu ölkəyə satmasına mane olmayacaq
-
ABŞ10:20Tramp İran bataqlığında: ABŞ Yaxın Şərqdə müttəfiqlərinin etimadını itirir
-
Region09:49Ermənistan Aİİ-dən çıxsa, iqtisadiyyatı çökə bilər - Böyük zərbə xəbərdarlığı













.jpg)






















