Bu ölkədə üzü tam qapayan geyimlər qadağan edildi
Bizi izləyin

Dünya

Bu ölkədə üzü tam qapayan geyimlər qadağan edildi

Bu ölkədə üzü tam qapayan geyimlər qadağan edildi

Portuqaliya Prezidenti Antoniu Joze Sequru ictimai yerlərdə üzü gizlədən geyimləri qadağan edən qanunu imzalayıb.

Publika.az xəbər verir ki, dövlət başçısı qanunun üzün insan kimliyinin və ünsiyyətinin əsas elementi olması prinsipinə əsaslandığını bildirib. Bununla belə, o, məsələnin sosial və mədəni baxımdan həssas olduğunu da qeyd edib.

Əsasən üzü tam örtən örtüklərdən istifadə edən müsəlman qadınlara təsir edən “Burka qanunu” adlandırılan sənəd ötən ilin iyulunda parlamentdə hakim sağ koalisiya və ifrat sağçıların dəstəyi ilə qəbul olunub. Qanunu pozan şəxsləri 150-3000 avro cərimə gözləyir.

Tibbi və peşə fəaliyyəti, bədii məqsədlər, iqlim şəraiti, eləcə də ibadət yerləri, diplomatik nümayəndəliklər və təyyarələr üçün istisnalar nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm