Dünya
Silah anbarında güclü partlayış
Liviyanın şimal-qərbində yerləşən Misrata şəhərində hərbi birləşmələrdən birinə məxsus silah-sursat anbarında güclü partlayış baş verib.
Publika.az xəbər verir ki, hadisə şəhərin cənubundakı Əl-Giran rayonunda baş verib. Partlayışdan sonra raket və döyüş sursatları anbarın ətrafına müxtəlif istiqamətlərdə səpələnib.
Hadisənin səbəbi və mümkün itkilərlə bağlı hələlik məlumat yoxdur.
Bildirilir ki, anbar Misratanın “Əl-İsar” briqadasının nəzarətində olub.
Sursatların partlama və ətrafa səpələnmə riskinin davam etməsi səbəbilə yaxınlıqdakı yol müvəqqəti bağlanıb.
Ərazidə təhlükəsizlik tədbirləri görülür və partlayışın nəticələrinin aradan qaldırılması istiqamətində iş aparılır.
-
Dünya03:43Böyük, tarixi və unudulmaz bir dərs veriləcək - İranlı komandan ABŞ-ı hədələdi
-
Region21 Avqust 23:05Ankarada mədəndə uçqun: yaralı sayı artdı - Yeniləndi
-
İdman21 Avqust 22:18DÇ-2026-nın finalından sonra dava: FİFA cəzaları açıqladı
-
Kriminal21 Avqust 21:26Oğlu tərəfindən qətlə yetirilən 48 yaşlı qadının fotosu - Yeniləndi
-
Hadisə21 Avqust 20:48Minaya düşən traktorçunun vəziyyəti açıqlandı - Yeniləndi
-
Ekopublika.az21 Avqust 20:00Azərbaycanda arzuolunan dəyişiklik - 4 milyon nəfər gəlir
-
MDB21 Avqust 18:40Rusiyada azərbaycanlı diaspor lideri saxlanıldı - Video
-
ABŞ21 Avqust 17:02ABŞ-İsrail ittifaqında çatlar: Tramp Netanyahudan üz döndərir?






























