Dünya
Belçika Aİ-nin planını pozdu: Rusiya aktivləri ilə bağlı yeni böhran
Belçika Avropa İttifaqının (Aİ) dondurulmuş Rusiya aktivlərindən Ukraynanın maliyyələşdirilməsi üçün istifadə etmək planına yenidən mane olub.
Publika.az xəbər verir ki, bu barədə Avropa mediası istinadən məlumat yayıb.
Bildirilib ki, İsveç, Niderland, İspaniya və Polşa Aİ-ni Rusiya aktivlərindən istifadə məsələsinə qayıtmağa çağırıb. Bu ölkələr Avropa Komissiyasının Rusiya aktivlərinə çıxış əldə etməyə imkan verəcək hüquqi və texniki mexanizmləri araşdırmasını istəyirlər.
Lakin Belçikanın mövqeyi dəyişməyib. Belçika xarici işlər naziri Maksim Prevo bildirib ki, Rusiya aktivlərindən istifadə ilə bağlı risklər aradan qalxmayıb və ölkəsi bu məsələdə əvvəlki mövqeyini qoruyur.
Söhbət Avropa İttifaqı və G7 ölkələrində dondurulmuş təxminən 300 milyard avro Rusiya aktivindən gedir. Onların təxminən 180 milyard avrosu Belçikadakı "Euroclear" depozitarında saxlanılır.
Belçika əsasən mümkün hüquqi və maliyyə risklərindən ehtiyat edir. Ölkə hesab edir ki, Rusiya aktivlərinin müsadirəsi halında məhkəmə iddiaları və Rusiyanın cavab tədbirləri ilə bağlı risklərin yalnız Belçikanın üzərinə düşməsi qəbuledilməzdir.
Bununla belə, bir sıra Aİ ölkələri Kiyevin maliyyələşdirilməsində yaranan problemlər fonunda dondurulmuş Rusiya vəsaitlərindən istifadə məsələsinin yenidən gündəmə gətirilməsində israrlıdır.
Məsələ ilə bağlı müzakirələrin davam edəcəyi bildirilib.
Müəllif: Adəm
-
İdman22:18Bir dövr, iki fərqli sonluq: Messi zirvədə vidalaşır, Ronaldo isə…
-
Nida Xəbər 22:0437 yaşlı yeni başçının dosyesi
-
MDB21:13Rusiyada fişəng zavodunda dəhşətli yanğın: ölü sayı artdı - Yeniləndi
-
Nida Xəbər 18:37Gədəbəyə də icra başçısı təyin edildi
-
MDB13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR
-
Rəsmi xronika11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?















.jpg)

.jpg)






.jpg)







.jpg)