Dünya
“Bosniya qəssabı” üçün qalmaqallı qərar: Dövlət mərasimi ilə dəfn ediləcək
Serbiyada Bosniya müharibəsi zamanı törədilən cinayətlərə görə məhkum edilmiş Ratko Mladiçlə bağlı qərar ciddi etirazlara səbəb olub.
Publika.az xəbər verir ki, Serbiyanın ədliyyə naziri Nenad Vujiç Mladiçin cənazəsinin Serbiyaya gətiriləcəyini və onun ən yüksək səviyyəli dövlət və hərbi mərasimlə dəfn ediləcəyini açıqlayıb. Dəfn yerini isə Mladiçin ailəsi müəyyənləşdirəcək.
Mladiçin ölümündən sonra Bosniya və Herseqovinanın bəzi bölgələrində onu qəhrəmanlaşdıran tədbirlər keçirilib. Zvornikdə yüzlərlə insan Serbiya bayraqları ilə toplaşaraq Mladiçi tərifləyən plakatlar açıb. Bratunatsda isə divara “Hamımız Mladiçin əsgərlərik” yazılıb.
Bosniyalı rəsmilər və ictimaiyyət bu addımlara sərt reaksiya verib. Monteneqro Prezidenti Yakov Milatoviç Mladiçin “müharibə cinayətkarı kimi öldüyünü” vurğulayaraq onun soyqırım və ağır müharibə cinayətlərinə görə beynəlxalq məhkəmə tərəfindən məhkum edildiyini bildirib.
Ratko Mladiç 1992-1995-ci illərdə Bosniya serblərinin ordusuna rəhbərlik edib. O, 1995-ci ildə Srebrenitsada 7 mindən çox bosniyalı kişi və uşağın öldürülməsi ilə bağlı soyqırımda təqsirli bilinib və 2017-ci ildə ömürlük həbsə məhkum edilib. Hökm 2021-ci ildə qüvvədə saxlanılıb.
-
İdman22:18Bir dövr, iki fərqli sonluq: Messi zirvədə vidalaşır, Ronaldo isə…
-
Nida Xəbər 22:0437 yaşlı yeni başçının dosyesi
-
MDB21:13Rusiyada fişəng zavodunda dəhşətli yanğın: ölü sayı artdı - Yeniləndi
-
Nida Xəbər 18:37Gədəbəyə də icra başçısı təyin edildi
-
MDB13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR
-
Rəsmi xronika11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?















.jpg)

.jpg)






.jpg)







.jpg)