Dünya
İslandiyalılar Aİ-yə “yox” dedi: Brüssel üçün gözlənilməz nəticə
İslandiyada Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarının yenidən başlanması ilə bağlı keçirilən referendumda xalq “xeyr” deyib.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, Baş nazir Kristrun Frostadottirin rəhbərlik etdiyi hökumət üçün məyusluqla nəticələnən səsvermədə seçicilərin 52,8 faizi danışıqların bərpasının əleyhinə, 42,7 faizi isə lehinə səs verib. Referendumda iştirak 82,5 faiz təşkil edib.
Nəticə şəhər və kənd əraziləri arasında ciddi fikir ayrılığının olduğunu göstərib. Hökumət referendumla bağlı əvvəlcədən nəticəyə əməl edəcəyini açıqlamışdı. Bu səbəbdən yaxın gələcəkdə Aİ-yə üzvlük məsələsinin yenidən gündəmə gətirilməsi gözlənilmir.
Aİ referendum prosesinə açıq şəkildə müdaxilə etməsə də, Brüsselin danışıqların bərpasına müsbət yanaşdığı məlum idi. Nəticə İslandiya ilə Aİ arasında mövcud tərəfdaşlıq münasibətlərinin davam etdiriləcəyi anlamına gəlir.
Referendumun nəticəsinin Aİ-nin son dövrdə yenidən sürət qazanan genişlənmə siyasətinə mənfi təsir göstərə biləcəyi bildirilir. Xüsusilə yüksək rifah səviyyəsinə malik ölkələr arasında Aİ-nin əvvəlki cəlbediciliyini qoruyub-qorumadığı məsələsi yenidən müzakirəyə çıxıb.
Qeyd edək ki, İslandiya 2008-ci il iqtisadi böhranından sonra 2009-cu ildə Aİ-yə üzvlük üçün müraciət edib. Danışıqlar 2010-cu ildə başlayıb, lakin 2013-cü ildə yeni hökumət tərəfindən dayandırılıb. 2015-ci ildə isə Reykyavik Brüsselə üzvlük danışıqlarını davam etdirmək niyyətində olmadığını rəsmən bildirib.
Müəllif: Roza
-
Sağlamlıq14:30"Paxmel"dən sonra nə yemək lazımdır? - Həkim tövsiyəsi
-
Dünya14:00CIA direktorunun Moskvaya gizli səfəri: Trampın Rusiya ilə bağlı planı üzə çıxdı
-
Rəsmi xronika13:41İlham Əliyevin sosial media hesablarında Paşinyanla görüşündən paylaşım edildi
-
Nida Xəbər 13:38Əli Əsədov Oljas Bektenovu təbrik etdi
-
Sosial12:54Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
-
Nida Xəbər 11:30İslam Rzayevin həbs müddəti uzadıldı
-
Region10:42Putin Köçəryanı təbrik etdi: Görün nə arzuladı
-
Rəsmi xronika10:38İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi











.jpg)






.jpg)














