Sosial
Maaş çox, varlı yox - Səbəbi açıqlandı
Rusiyada gəlirlərin statistik olaraq artması əhalinin böyük hissəsinin maddi vəziyyətinin yaxşılaşması anlamına gəlməyə bilər.
Publika.az xəbər verir ki, iqtisadçı, Yeni Cəmiyyət İnstitutunun direktoru Vasili Koltaşov "Pravda.ru"ya açıqlamasında real gəlirlərin əhalinin müxtəlif qrupları üzrə qeyri-bərabər dəyişdiyini bildirib.
Onun sözlərinə görə, hazırda real gəlirlərin artımı əsasən rəsmi əmək müqaviləsi, sabit iş yeri və sosial paketə malik şəxslərdə müşahidə olunur. Bu qrupda artım 0,8 faiz təşkil edir.
İqtisadçı qeyd edib ki, özünüməşğul şəxslərin, mülki-hüquqi müqavilə ilə çalışanların və natamam iş rejimində işləyənlərin alıcılıq qabiliyyəti isə azalır. Koltaşov bu tendensiyanın 2025-2026-cı illərdə müşahidə edildiyini və qarşıdakı iki ildə də davam edə biləcəyini bildirib.
O, əməkhaqqının bir hissəsini qeyri-rəsmi alan şəxslərin də inflyasiya fonunda real gəlirlərinin azaldığını vurğulayıb.
Qeyd edək ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, 2026-cı ilin yekununda ölkədə orta aylıq hesablanmış əməkhaqqının 112,3 min rubla (2 min 259 manat) çatacağı gözlənilir. Bu, əvvəlki ilin göstəricisindən 10 faiz çoxdur.
Müəllif: Adəm Abbaslı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı








.jpg)






























