Dünya
Ərdoğan Qırğızıstanda Putinə vacib təkliflər verəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı Ankaranın Ukrayna məsələsi ilə bağlı danışıqlarda vasitəçi olmağa hazır olduğunu açıqlayacaq.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyə hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Agentliyin mənbəyi bildirib ki, Türkiyə tərəfi Ankaranın Ukraynadakı münaqişənin həllinə töhfə verməyə və tərəflər arasında vasitəçi rolunu öz üzərinə götürməyə hazır olduğunu elan edəcək.
Bundan əlavə, mənbənin məlumatına görə, prezidentlər Yaxın Şərqdəki vəziyyəti və Suriyadakı hadisələri müzakirə edə bilərlər.
Putin və Ərdoğan 31 avqust - 1 sentyabr tarixlərində Qırğızıstanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində görüşəcəklər.
Qeyd olunur ki, iki lider Ukrayna və Qara dənizdəki vəziyyəti müzakirə edəcəklər.
Müəllif: Tural
-
MDB13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR
-
Rəsmi xronika11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?
-
Rəsmi xronika10:35Prezident sərəncam imzaladı
-
Dünya10:30Netanyahu Ərdoğanla bağlı göstəriş verdi: Dosye hazırlanır
-
İdman10:24Dünyanın ən seksual qolfçusu Meksika çöllərindən elə FOTOLAR paylaşdı ki...
-
ABŞ10:12Trampdan etiraf: Zelenskidən xahiş edib ki...












.jpg)






.jpg)





.jpg)







.jpg)