Dünya
Misirdə dəhşətli avtobus qəzası: Ən azı 16 nəfər ölüb
Misirin Sina yarımadasında bu səhər baş verən avtobus qəzası faciə ilə nəticələnib.
Publika.az xəbər verir ki, Səhiyyə Nazirliyi Qırmızı dəniz sahilindəki iki turizm şəhəri olan Dahab və Nuveyba arasındakı yolda baş verən qəzada ən azı 16 nəfərin öldüyünü, 28 nəfərin isə yaralandığını açıqlayıb.
Qəza Cənubi Sina əyalətində baş verib. Hadisə yerinə iyirmi təcili yardım maşını göndərilib və tibb briqadaları yaralıları xəstəxanalara aparmazdan əvvəl onlara ilkin tibbi yardım göstərib.
Dəhşətli qəzanın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmaya başlayıb və qəzanın necə baş verdiyini müəyyən etməyə çalışır.
Qəzanın baş verdiyi ərazi Misirin ən vacib turizm məkanlarından biridir. Xüsusilə Dahab və Nuveyba dünyanın müxtəlif ölkələrindən gələn turistlər tərəfindən çox ziyarət olunur.
Müəllif: Tural
-
MDB13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR
-
Rəsmi xronika11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?
-
Rəsmi xronika10:35Prezident sərəncam imzaladı
-
Dünya10:30Netanyahu Ərdoğanla bağlı göstəriş verdi: Dosye hazırlanır
-
İdman10:24Dünyanın ən seksual qolfçusu Meksika çöllərindən elə FOTOLAR paylaşdı ki...
-
ABŞ10:12Trampdan etiraf: Zelenskidən xahiş edib ki...












.jpg)
.jpg)



.jpg)






.jpg)






.jpg)
