Dünya
Madyarın toxunulmazlığı ləğv edildi - Baş nazir cinayət işi ilə üz-üzə
Macarıstan parlamenti baş nazir Peter Madyarın deputat toxunulmazlığının ləğvinə səs verib.
Publika.az xəbər verir ki, parlamentin spikeri Aqneş Forsthofferin sözlərinə görə, qərarın lehinə 139 deputat səs verib, əleyhinə və bitərəf səs olmayıb.
Beləliklə, Madyarın mobil telefon oğurlamaqda ittihamı üzrə cinayət işi başlana bilər. Baş nazir özü də toxunulmazlığının ləğv edilməsini istəyib və istintaqla əməkdaşlığa hazır olduğunu bildirib.
İttihama səbəb 2024-cü ilin iyununda baş verən hadisədir. Madyar gecə klubunda onu videoya çəkən şəxsin mobil telefonunu götürərək Dunay çayına atıb. Polis müdaxiləsindən sonra 100 min forintdən (təxminən 260 manat) baha qiymətləndirilən telefon sahibinə qaytarılıb. Madyar isə hadisənin ona qarşı təxribat olduğunu iddia edib.
Qərarı Madyarın rəhbərlik etdiyi “Tisa” partiyasının və “Bizim Vətənimiz” partiyasının deputatları dəstəkləyib. Müxalif “Fides - Macarıstan Vətəndaş Birliyi” və xristian-demokratlar səsverməni boykot ediblər.
Bu, Macarıstan tarixində fəaliyyətdə olan baş nazirin cinayət işi üzrə deputat toxunulmazlığının ləğv edilməsi ilə bağlı ilk haldır.
Müəllif: Adəm Abbaslı
-
Dünya02:18Kim Çen İnin öldüyü iddia olunur: Çin Pxenyana 9 min hərbçi göndərdi? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Bu bürclər üçün yeni fürsət qapıları açılacaq
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
-
Sosial19 Oktyabr 21:51Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
-
Avropa19 Oktyabr 20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal19 Oktyabr 18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop19 Oktyabr 15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB19 Oktyabr 14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?























.png)







