MDB
“Vivaldi” əməliyyatı: Yüzlərlə rus əsgər əsir düşüb, Ukrayna bu qədər ərazini azad edib
Ukraynada 3-cü Ordu Korpusunun “Vivaldi” əməliyyatının üçüncü mərhələsi başa çatıb.
Publika.az xəbər verir ki, bu barədə 3-cü Ordu Korpusunun komandiri, briqada generalı Andrey Biletski məlumat verib.
Onun sözlərinə görə, əməliyyatın üçüncü mərhələsi çərçivəsində Kramatorsk və Slovyanskın şimalında, Xarkov vilayəti ilə inzibati sərhədə yaxın ərazidə yerləşən bir sıra yaşayış məntəqələrinə nəzarət bərpa edilib.
Biletski bildirib ki, Karpivka və Novomixaylovka üzərində tam nəzarət bərpa olunub, Ridkodub və Katerinovka azad edilib. Həmçinin Novo yaşayış məntəqəsində Rusiya qüvvələrinin əsas logistika qovşaqlarından biri ələ keçirilib.
Komandir qeyd edib ki, əməliyyatın üçüncü mərhələsində 51 kvadratkilometr ərazi azad edilib. Ümumilikdə isə “Vivaldi” əməliyyatı çərçivəsində Ukrayna qüvvələrinin nəzarətinə keçən ərazinin sahəsi 176 kvadratkilometrə çatıb.
Komandir həmçinin əməliyyat zamanı köhnə sovet istehsalı zirehli transportyorların yerüstü robot-kamikadze vasitələri kimi istifadə edildiyini açıqlayıb.
Biletski iddia edib ki, əməliyyatın bu mərhələsində Rusiya qüvvələrinin canlı qüvvə itkisi 2 mini keçib, 250-dən çox rusiyalı hərbçi isə əsir götürülüb.
Onun sözlərinə görə, hücum əməliyyatlarında əsas rolu 3-cü hücum briqadasının bölmələri oynayıb, 3-cü sərhəd dəstəsinin hərbçiləri isə Ridkodub üzərində tam nəzarəti bərpa edib.
Müəllif: Adəm Abbaslı
-
Dünya09:15Mənim dostumdur - Trampla Putinin görüşü başladı
-
Nida Xəbər 09:12Tanınmış vəkil narkotiklə saxlanıldı - FOTO
-
Sosial06:16Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - Video
-
ABŞ03:44İrana görə Ağ Evdə gərginlik: Tramp Vensdən narazıdır
-
Kriminal02:43Qonşular danışdı: Bıçaqlanan Gülarə iki saat qan içində köməksiz qalıb - Video
-
Qoroskop01:20Günün ulduz falı: Ailə daxilində kiçik anlaşılmazlıqlar ola bilər
-
Hadisə18 Noyabr 22:04Dəhşətli qəza: Ata, azyaşlı qızı və bacısı oğlu həlak oldu - Yeniləndi
-
ABŞ18 Noyabr 19:50Trampa verilən gizli hədiyyə ortaya çıxdı - Hətta diplomatlar da bilmirmiş...


































