Dünya
Macarıstan milyonluq cəriməni geri istəyir: Brüsselə yeni tələb
Budapeşt Avropa İttifaqının (Aİ) miqrasiya qaydalarını pozduğuna görə ödədiyi cərimələrin geri qaytarılması məsələsini qaldırmağa hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Peter Madyar sosial şəbəkə hesabında bildirib.
Baş nazir qeyd edib ki, yeni hökumət Macarıstanın ötən ilin yayından bəri hər gün ödədiyi 1 milyon avroluq cəriməyə görə Brüsseldən kompensasiya tələb edəcək.
Bununla yanaşı, Madyar miqrasiya siyasətinin sərtləşdirilməsi və qaçqınların qəbulundan imtina kursunun dəyişməz qaldığını vurğulayıb.
Onun sözlərinə görə, məsələ Avropa Xalq Partiyasının rəhbəri Manfred Veberlə Budapeştdə keçirilən görüşdə də müzakirə olunub. Veber gündəlik cərimənin tutulmasının dayandırılması üçün kompromis həll yolunun tapılmasına kömək etməyi təklif edib.
Madyar isə Macarıstanın Aİ-nin xarici sərhədlərinin qorunması ilə bağlı mövqeyini dəyişmək niyyətində olmadığını bildirib. O, Aİ-nin yeni çoxillik büdcəsinin müzakirəsi zamanı artıq ödənilən vəsaitlərin geri qaytarılması ilə bağlı rəsmi tələb irəli sürəcəklərini açıqlayıb.
Bu məsələ Macarıstana səfəri gözlənilən Avropa Şurasının Prezidenti Antonio Koşta ilə görüşdə də gündəmə gətiriləcək.
Xatırladaq ki, Aİ məhkəməsi 2024-cü ilin iyununda Macarıstanı miqrasiya qanunvericiliyinin tələblərini yerinə yetirmədiyinə görə 200 milyon avro birdəfəlik cərimə ödəməyə, həmçinin gecikdirilən hər gün üçün 1 milyon avro əlavə cərimə verməyə məcbur etmişdi.
Peter Madyar bildirib ki, Budapeşt Brüssellə dialoqu yaxşılaşdırsa da, bu, Macarıstanın milli maraqlarının və sərhədlərinin qorunmasından imtina edəcəyi anlamına gəlmir.
Müəllif: Adəm
-
Dünya17:02İsrail İrandan hücum gözləyir: Təyyarələr hazır vəziyyətdədir
-
Nida Xəbər 15:02Nazir mərhum rejissorun oğluna vəzifə verdi - FOTO
-
Rəsmi xronika13:44Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam
-
Nida Xəbər 12:24Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür
-
Nida Xəbər 12:05TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir
-
Sosial11:26Bu şəxslərin əməkhaqları artırılır - FOTO
-
Rəsmi xronika11:16İlham Əliyev Vyetnam Prezidenti To Lama təbrik məktubu göndərdi
-
Dünya11:08Medvedyevdən Almaniyaya açıq hədə: Berlindəki hədəflər də vurula bilər











.jpg)






















