Dünya
2 min ədəd qadın alt paltarını torpağa basdırdılar: Görün nə baş verdi - FOTO
İsveçrədə alimlər torpağın vəziyyətini və bioloji aktivliyini öyrənmək üçün qeyri-adi üsula əl atıblar. Onlar müxtəlif ərazilərə 2 min cüt pambıq qadın alt paltarı basdırıblar.
Publika.az xəbər verir ki, Sürix Universitetinin rəhbərliyi ilə aparılan araşdırmada alt paltarları iki ay sonra torpaqdan çıxarılaraq laboratoriyada analiz edilib. Məqsəd torpaqdakı soxulcan, göbələk, bakteriya və digər canlıların fəaliyyətini müəyyənləşdirmək olub.
Alimlərin fikrincə, alt paltar nə qədər çox parçalanıbsa, torpaqdakı bioloji aktivlik də bir o qədər yüksəkdir. Nəticələrə görə, xüsusi bağlarda basdırılan alt paltarlarının təxminən 58 faizi iki ay ərzində parçalanıb. Çəmənliklərdə isə bu göstərici 40 faiz olub.
Araşdırma zamanı ən aşağı bioloji aktivlik çəmənliklərdə, əkin sahələrində və otlaqlarda müşahidə edilib.
Alimlər bildiriblər ki, bu qeyri-adi üsul həm də insanların diqqətini torpağın sağlamlığına çəkmək üçün seçilib. Onların sözlərinə görə, torpaqların deqradasiyası ərzaq istehsalı və biomüxtəliflik üçün ciddi təhlükə yaradır.

-
Dünya17:02İsrail İrandan hücum gözləyir: Təyyarələr hazır vəziyyətdədir
-
Nida Xəbər 15:02Nazir mərhum rejissorun oğluna vəzifə verdi - FOTO
-
Rəsmi xronika13:44Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam
-
Nida Xəbər 12:24Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür
-
Nida Xəbər 12:05TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir
-
Sosial11:26Bu şəxslərin əməkhaqları artırılır - FOTO
-
Rəsmi xronika11:16İlham Əliyev Vyetnam Prezidenti To Lama təbrik məktubu göndərdi
-
Dünya11:08Medvedyevdən Almaniyaya açıq hədə: Berlindəki hədəflər də vurula bilər

















.jpg)




















