Dünya
NATO-da Rusiyaya görə həyəcan: Almaniya səfirləri bir araya gətirir
Almaniyanın Rusiyanı ittiham etməsindən sonra NATO ölkələrinin səfirləri səviyyəsində iclas keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə “Bild” qəzeti diplomatik mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, iclasda Rusiyadan qaynaqlanan “hibrid fəaliyyətlər” təhlükəsinin artması müzakirə olunacaq. Berlin NATO-nun 4-cü maddəsi çərçivəsində rəsmi məsləhətləşmələrin keçirilməsini tələb etməyəcək.
Xatırladaq ki, avqustun 4-də Leypsiq/Halle hava limanının yükdaşıma zonasında partlayıcı maddə ilə təchiz olunmuş pilotsuz uçuş aparatı aşkarlanmışdı. Almaniya ictimai sübut təqdim etmədən bu hadisəyə görə Rusiyanı günahlandırmış, Moskva isə ittihamları əsassız adlandıraraq rədd etmişdi.
Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt Berlinin hadisəni Rusiya dövlət strukturları ilə əlaqələndirdiyini bildirib. Bundan sonra Almaniya Rusiyanın Bonndakı baş konsulluğunu və Berlindəki “Rus evi”ni bağlamaq qərarına gəlib, həmçinin Avropa İttifaqında Rusiyaya qarşı sanksiyaların genişləndirilməsinə çalışacağını açıqlayıb.
NATO-dakı səfirlər səviyyəsində keçiriləcək məsləhətləşmələr Leypsiq insidentindən sonra Rusiya ilə Almaniya arasında münasibətlərin daha da gərginləşməsi fonunda alyansın reaksiyası olacaq. NATO-nun 4-cü maddəsi isə üzv ölkələrdən hər hansı birinin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyinə təhdid yarandığını düşündüyü halda məsələni Şimali Atlantika Şurasının müzakirəsinə çıxarmağa imkan verir. 1949-cu ildən bu mexanizmdən doqquz dəfə istifadə olunub.
NATO ölkələri Rusiyaya aid etdikləri kibermüdaxilə, seçki proseslərinə müdaxilə və infrastruktur obyektlərinə qarşı təxribat cəhdləri kimi “hibrid hücumlar” barədə dəfələrlə iddialar səsləndiriblər. Lakin alyans daxilində cavab tədbirləri ilə bağlı tam fikir birliyi yoxdur. Macarıstan və Slovakiya kimi ölkələr isə gərginliyin azaldılmasının tərəfdarıdırlar.
Müəllif: Adəm
-
Dünya17:02İsrail İrandan hücum gözləyir: Təyyarələr hazır vəziyyətdədir
-
Nida Xəbər 15:02Nazir mərhum rejissorun oğluna vəzifə verdi - FOTO
-
Rəsmi xronika13:44Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam
-
Nida Xəbər 12:24Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür
-
Nida Xəbər 12:05TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir
-
Sosial11:26Bu şəxslərin əməkhaqları artırılır - FOTO
-
Rəsmi xronika11:16İlham Əliyev Vyetnam Prezidenti To Lama təbrik məktubu göndərdi
-
Dünya11:08Medvedyevdən Almaniyaya açıq hədə: Berlindəki hədəflər də vurula bilər

































