Dünya
Bu ölkələr hərəkətə keçdi: Rusiya ilə müharibə başlayır?
Avropada Rusiyanın mümkün təxribat və hibrid hücumları ilə bağlı narahatlıq artır.
Publika.az “Milliyet”ə istinadla xəbər verir ki, Almaniyanın Leypsiq-Halle hava limanında baş verən hadisədən sonra bir sıra Avropa ölkələri Moskvaya qarşı təhlükəsizlik tədbirlərini gücləndirib.
Almaniyanın Münhen şəhərində müdafiə şirkətlərinin yerləşdiyi əraziyə hücum cəhdi polisi hərəkətə keçirib. Hadisə ilə bağlı iki Bolqarıstan vətəndaşı saxlanılıb.
Böyük Britaniya da Leypsiqdəki hadisəyə görə Rusiyanın Londondakı səfirliyinin müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb. London Almaniya ilə “tam həmrəylik” nümayiş etdirdiyini açıqlayıb.
Danimarka Polis Kəşfiyyat Xidməti isə Rusiya kəşfiyyatının ölkədə Ukraynaya yardımla əlaqəli bəzi şirkətlərə qarşı təxribat hazırlığında olduğunu bildirib. Norveçin də Rusiyaya məxsus kəşfiyyat gəmisini ələ keçirdiyi açıqlanıb.
Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib ki, Berlin Rusiya ilə dialoqa hazırdır, lakin bunun üçün Moskva Ukraynaya qarşı müharibəni və Almaniya ilə müttəfiqlərinə qarşı bütün hücumları dayandırmalıdır.
Fransanın xarici işlər naziri Jean-Noel Barrot isə Almaniya və ya Polşaya hücumun Avropa İttifaqına hücum kimi qiymətləndiriləcəyini bildirib.
Müəllif: Roza
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ






























