Dünya
Türkiyənin “qızıl gedişləri" - İsraildə nədən narahatdırlar?
İsrail mətbuatı Türkiyənin Yaxın Şərq və Aralıq dənizi regionunda artan təsirini təhlil edib.
Publika.az xəbər verir ki, “Bizportal” nəşrinin dərc etdiyi analizdə Ankaranın Aralıq dənizi, Qırmızı dəniz, Afrika Buynuzu, Suriya və Qəzza istiqamətində atdığı addımların vahid regional strategiyanın tərkib hissəsi olduğu bildirilib.
Yazıda Türkiyənin “Mavi Vətən” doktrinasına xüsusi diqqət çəkilib. Ankara üçün dənizlərdə fəaliyyət və nəzarət imkanlarının genişləndirilməsinin əsas hədəflərdən biri olduğu vurğulanıb.
Analizdə Türkiyənin Liviyadakı hərbi və siyasi mövcudluğunun da Şərqi Aralıq dənizində enerji balansına təsir etdiyi qeyd olunub. Türkiyənin Tripoli hökumətinə verdiyi dəstəyin Ankaraya Şimali Afrikada strateji dayaq qazandırdığı və Aralıq dənizində İsrail və Yunanıstanın mümkün enerji marşrutlarına maneə yaradan “xəyali dəniz sərhədi” formalaşdırdığı iddia edilib.
Qırmızı dəniz istiqamətində isə əsas diqqət Somaliyə yönəldilib. Türkiyənin Somalidəki hərbi mövcudluğu, Somali ordusunun təlimi və dəniz müdafiəsi sahəsində əməkdaşlığı qeyd olunub. İsrailin Somalilendlə yaxınlaşmasının da Türkiyənin bölgədə artan təsirinə qarşı addım olduğu irəli sürülüb.
Suriyadakı vəziyyətin Ankara ilə Təl-Əviv arasında birbaşa toqquşma riskini artırdığı da bildirilib. Türkiyənin Suriyanın şimalında, İsrailin isə cənubunda möhkəmlənməsinin iki ölkəni coğrafi baxımdan bir-birinə yaxınlaşdırdığı vurğulanıb. Məqalədə Yunanıstan və İsrail arasında imzalanan 3,1 milyard avroluq “Axilles Qalxanı” hava hücumundan müdafiə sazişinə də diqqət çəkilib. İsrailin bu razılaşmanı Ankaraya yönəlmiş “birbaşa, sərt və açıq mesaj” kimi qiymətləndirdiyi qeyd olunub.
Analizin yekununda Türkiyə ilə İsrail arasındakı rəqabət “şahmat oyunu”na bənzədilib. Bildirilib ki, Ankara qurduğu ittifaqlar və artan müdafiə imkanları ilə Təl-Əvivə qarşı “qızıl gedişlərini” davam etdirir. İsrail mətbuatının qənaətinə görə, hazırkı mərhələdə Türkiyə ilə birbaşa hərbi toqquşma İsrail üçün ağır nəticələrə səbəb ola bilər.
Müəllif: Roza
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı



































