Dünya
Rutte NATO ilə bağlı narahatlıqlara cavab verdi: “Birliyimiz pozulmayacaq”
NATO-nun baş katibi Mark Rutte Fransa və Almaniyada seçkilərdən sonra siyasi kursun dəyişməsinin alyansın birliyinə və gücünə təsir etməyəcəyini bildirib.
Publika.az xəbər verir ki, Rutte bu barədə Berlində Almaniyanın xarici işlər naziri İohann Vadeful ilə görüşü zamanı NATO-nun gələcəyi ilə bağlı sualı cavablandırarkən danışıb.
Son dövrlərdə Avropa mediasında Fransada və Almaniyada müxalif qüvvələrin hakimiyyətə gəlməsi ehtimalı və bunun ölkələrin xarici siyasətinə mümkün təsiri geniş müzakirə olunur. Almaniyada “Almaniya üçün Alternativ” (AfD) partiyasının mövqelərinin güclənməsi, Fransada isə Milli Birlik lideri Marin Le Penin seçkilərdə favorit kimi göstərilməsi Brüsseldə NATO və Aİ-nin gələcək siyasəti ilə bağlı suallar yaradıb.
Qeyd edək ki, Le Pen NATO və Aİ-yə münasibətdə daha ehtiyatlı mövqe nümayiş etdirir. O, avqust ayında prezident seçiləcəyi təqdirdə Fransanın NATO-nun vahid komandanlığından çıxması məsələsinə baxacağını açıqlamışdı. Almaniyada isə AfD sentyabr ayında ölkənin NATO üzvlüyü ilə bağlı referendum keçirilməsini tələb edib.
Buna baxmayaraq, Mark Rutte alyansın gələcəyi ilə bağlı narahatlıqları bölüşmədiyini və NATO-nun birliyini qoruyacağını vurğulayıb.
Müəllif: Adəm
-
Hadisə17:25Bakıda ölümlə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısında - FOTO
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu





















_(1).jpg)









