Dünya
Şahzadə Diananın “intiqam paltarı” satışa çıxarılır: Rekord məbləğə - FOTO
Şahzadə Diananın məşhur “intiqam paltarı” ilk dəfə təxminən 30 ildən sonra hərraca çıxarılır.
Publika.az xəbər verir ki, ipəkdən hazırlanan qara mini don “Sotheby’s” hərracında satışa çıxarılacaq.
Söhbət Diananın 29 iyun 1994-cü ildə “Vanity Fair” jurnalının Londonda təşkil etdiyi tədbirdə geyindiyi “Christina Stambolian” markalı libasdan gedir.
Maraqlıdır ki, Diana bu paltarı məhz həmin gün - o vaxtkı həyat yoldaşı, şahzadə Çarlzın evlilikləri zamanı xəyanət etdiyini etiraf etdiyi müsahibənin yayımlandığı gün geyinmişdi. Cütlük həmin vaxt artıq ayrı yaşayırdı, lakin rəsmi olaraq boşanmamışdı.
Bu səbəbdən libas mediada “intiqam paltarı” adı ilə məşhurlaşıb.
Paltarın 150-300 min dollar arasında qiymətə satılacağı gözlənilir. Bu isə onun üçün rekord məbləğ ola bilər.
Məlumata görə, Diana 1997-ci ildə bu paltarı xeyriyyə məqsədilə hərraca çıxardığı 79 geyimindən biri kimi satışa təqdim edib. Hazırkı sahibləri isə libası məhz həmin hərracda alıblar.
Qeyd edək ki, 2025-ci ildə Diananın başqa bir paltarı hərracda təxminən 40 milyon rubla satılmışdı.
-
Hadisə17:25Bakıda ölümlə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısında - FOTO
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu























_(1).jpg)









