Dünya
Paşinyandan sərt mesaj: “Muş və Van”, Qarabağ ritorikasına qarşı çıxdı
Ermənistanın baş naziri Nikol Paşinyan ölkə məktəblərində “real Ermənistan” ideologiyasına zidd fikirlərin səslənməməli olduğunu bildirib.
Publika.az “News.am”a istinadən xəbər verir ki, Paşinyan bununla bağlı “Kompleks təhlükəsizlik və dayanıqlılıq -2026” beynəlxalq konfransında çıxışı zamanı danışıb.
O bildirib ki, hökumət bu istiqamətdə tədbirlər görməlidir. Paşinyanın sözlərinə görə, məktəblərdə uşaqlara gələcəkdə “Muş və Vanı azad etməli olduqları” barədə fikirlərin aşılanması Ermənistan üçün təhlükə yaradır.
Erməni baş nazir 2024-cü ildə parlamentdə “real Ermənistan” ideyasını təqdim edərkən deputatlardan birinin “O demək istəyir ki, Muş və Van bizim deyil?” reaksiyasını xatırladıb. Paşinyan bildirib ki, bu cür yanaşmalar təhlükəsizlik problemlərinin insanların reallığı necə qəbul etməsi ilə bağlı olduğunu göstərir.
O həmçinin sülh sazişinin paraflanmasından sonra Ermənistanda bəzi platformalarda “Biz güclənməli və “Artsax” Respublikasını azad etməliyik” məzmunlu çağırışların səsləndirildiyini də qeyd edib.
Paşinyan bunu Ermənistanın Qarabağ prosesi boyunca üzləşdiyi əsas problemlərdən biri kimi qiymətləndirib. Onun sözlərinə görə, danışıqlar masasında və ictimai həyatda uzun müddət fərqli ritorikaların mövcud olması, xüsusilə sosial şəbəkələrin meydana çıxmasından sonra, məntiqsiz hala gəlib.
Müəllif: Roza
-
Nida Xəbər 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar






































