Dünya
Ata cinayət törədən oğlunu polisə təhvil verdi
Yaponiyada ata oğlunun axtarıldığını öyrənərək onu polisə təhvil verib,
Publika.az xəbər verir ki, bu barədə “Tokyo Reporter” məlumat yayıb.
Bildirilib ki, Akaşi şəhərində polis 83 yaşlı qadını vurmaqda və hadisə yerindən qaçmaqda şübhəli bilinən 51 yaşlı balıqçını saxlayıb.
Qəza sentyabrın 20-si səhər saatlarında Akaşi limanı yaxınlığındakı yaşayış massivində baş verib. Kişi velosipedlə qadını vurarkən o, evinin yanında iti sığallamaq üçün əyilib. Toqquşmadan sonra o, heç bir köməklik göstərmədən uzaqlaşıb.
Zərərçəkən başından ağır xsarət alıb və huşunu itirib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Şübhəlinin tutulmasına yaşı 80-dən çox olan öz atası kömək edib. Kişi hadisə ilə bağlı televiziya sujetini görüb, oğlunun qəribə davranışını hiss edib və şübhələri barədə ən yaxın polis bölməsinə məlumat verib.
Polisin məlumatına görə, kişi təqsirini etiraf edib və hərəkətdə olarkən diqqətinin yayındığını və təqaüdçünü vurduğunu bildirib.
“Qaçdım, çünki üstümə qışqırmalarını istəmirdim”, – deyə o, müstəntiqlərə izahat verib.
Hüseyn İbadlı
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır




























.jpg)

.jpg)