Dünya
9 milyonluq ölkə nəhəng ABŞ-ı idarə edir - 40 min bomba hədiyyə edilib
Amerikalı jurnalist Taker Karlson Vaşinqtonun İsrailə milyardlarla dollar dəyərində ağır sursat göndərməsini sərt tənqid edib.
Publika.az xəbər verir ki, Karlson NPR nəşrinə müsahibəsində bildirib ki, İsrailə göndərilən sursat silah satışı deyil, faktiki olaraq hədiyyədir.
Onun sözlərinə görə, söhbət təxminən 900 kiloqramlıq 40 min bombadan gedir. Jurnalist bu miqdarın 1945-ci ildə Hiroşimaya atılan “Little Boy” atom bombasının dağıdıcı gücündən altı dəfə çox olduğunu iddia edib.
O, İsrailin sözügedən sursatı öz büdcəsi hesabına almadığını, vəsaitin ABŞ Konqresi tərəfindən ayrıldığını vurğulayıb.
Karlson eyni zamanda ABŞ ordusunun öz sursat ehtiyatlarında ciddi çatışmazlıq yaşadığını qeyd edib: “Öz sursatımız tükənərkən hədiyyə edirik. Kifayət qədər sursatımız olmadığı üçün hərəkət imkanlarımız məhduddur. ABŞ heç bir təbii sərvəti olmayan doqquz milyonluq bir ölkə tərəfindən idarə edilir”.
Jurnalist İsrailə silah yardımı qərarlarının arxasında İsrail tərəfdarı lobbilərin təsirinin olduğunu da iddia edib. O, ABŞ-ın Qüdsdəki səfirliyinin bu prosesdə rol oynadığını bildirib.
Müəllif: Roza
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?

































.jpg)
