Dünya
"Mossad"ı qorxudan Türkiyə-Liviya anlaşması: Marşrutlar dəyişir
Türkiyənin Şərqi Aralıq dənizində artan təsiri və 2019-cu ildə Liviya ilə imzaladığı dəniz yurisdiksiyası anlaşması İsrail mətbuatında geniş müzakirə olunub.
Publika.az xəbər verir ki, İsrail mediası Ankaranın addımlarının ölkənin regional enerji layihələrinə təsir göstərə biləcəyini yazıb.
“Jerusalem Post” Türkiyə-Liviya anlaşmasının Krit və Rodos da daxil olmaqla Yunanıstan adaları zəncirini fəaliyyətdən kənar qoyduğunu və Türkiyə sahillərindən Liviya sahillərinə qədər uzanan bir “dəhliz” yaratdığını iddia edib.
Nəşrin iddiasına görə, Türkiyənin Liviyaya hərbi dəstəyi nəticəsində bölgədə liman və hava imkanlarından istifadə, eləcə də enerji resurslarının axtarışı üçün əlavə imkanlar yaranıb.
İsrail mediası xüsusilə Ankaranın addımlarının İsraildən Cənubi Kipr Rum Administrasiyası və Yunanıstan üzərindən Avropaya qədər uzadılması planlaşdırılan təbii qaz boru kəməri layihəsinə təsir göstərə biləcəyini vurğulayıb. İsrailin idxalının böyük hissəsinin dəniz yolu ilə həyata keçirildiyi də qeyd olunub.
Yunanıstan, Cənubi Kipr Rum Administrasiyası və İsraili birləşdirəcək “Great Sea Interconnector” (GSI) elektrik layihəsinin marşrutu ilə bağlı da dəyişiklik gündəmə gəlib.
“Kathimerini”nin məlumatına görə, Afina və Paris Şərqi Aralıq dənizində Ankara ilə yeni gərginliyin qarşısını almaq üçün kabelin marşrutunda kiçik dəyişiklik edilməsinə razılaşıb. Yeni marşrutun Türkiyənin Fethiye-Kaş arasında elan etdiyi dəniz parkından keçməyəcəyi bildirilib.
“Walla”nın yazdığına görə, İsrail kəşfiyyat xidmətləri, o cümlədən "Mossad", Türkiyənin bölgədə artan təsirindən narahatlıq keçirir.
İsrail Müdafiə Nazirliyinin isə bölgədəki proseslərin yaxından izlənilməsinin vacibliyi barədə xəbərdarlıq etdiyi qeyd olunur.
Müəllif: Roza
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ











.jpg)



.jpg)














