Dünya
Argentina Britaniyaya 2 həftə vaxt verdi: Folklend adaları ilə bağlı tələb
Argentina Folklend (Malvin) adaları yaxınlığında neft və digər karbohidrogen ehtiyatlarının hasilatına qarşı Böyük Britaniyaya iki həftəlik ultimatum verib.
Publika.az xəbər verir ki, bu barədə Argentina prezidenti Xavyer Mileyin mətbuat xidməti məlumat yayıb.
Argentina hökuməti Britaniyadan iki həftə ərzində Argentina kontinental şelfində karbohidrogen ehtiyatlarının işlənməsinə yönəlmiş fəaliyyətlərin başlanmasının və ya davam etdirilməsinin qarşısını almaq üçün lazımi tədbirlər görməyi tələb edib.
Bildirilib ki, London bu tələbi yerinə yetirməsə, Argentina Dəniz Hüququ üzrə Beynəlxalq Tribunalına müraciət edəcək.
Argentina prezidentinin mətbuat xidmətindən vurğulanıb ki, Folklend adalarının Britaniyanın xarici ərazisi statusu beynəlxalq səviyyədə tanınmayıb. Buenos-Ayres suveren hüquqlarını müdafiə etmək üçün diplomatik, inzibati və hüquqi vasitələrdən istifadəni davam etdirəcəyini açıqlayıb.
Müəllif: Adəm Abbaslı
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
-
Nida Xəbər 13:28Rəsmi Bakı 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Siyahı
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi














.jpg)
.jpg)



















