Dünya
Okinavada qətl: Yaponiya ABŞ-dan tələb etdi ki...
Yaponiya hökuməti Amerika tərəfinə etiraz edərək, amerikalı hərbçinin şübhəli bilindiyi Okinava sakininin qətlindən sonra ABŞ hərbçiləri arasında daha sərt intizam tələb edib.
Publika.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Sanae Takaiti sosial mediada yazıb:
“Yaponiya hökuməti Amerika tərəfinə sərt etirazını bildirib və istintaqda maksimum əməkdaşlıq, ABŞ hərbi qulluqçuları arasında ciddi intizam və bu cür hadisələrin təkrarlanmasının qarşısını almaq üçün hərtərəfli tədbirlərin görülməsini tələb edib".
Oktyabrın 3-də Okinava polisi Futenma Hava Bazasında xidmət edən 20 yaşlı ABŞ dəniz piyadasını soyğunçuluq və qətl şübhəsi ilə həbs etdi. Üzərində zorakılıq əlamətləri olan yerli qadının cəsədi otel otağında tapılıb. Müşahidə kameralarının görüntülərində şübhəlinin zərərçəkmişlə birlikdə otağa girdiyi və daha sonra tək getdiyi görünür. Əsgər günahını boynuna almayıb.
Müəllif: Tural
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi

































