Dünya
Türkiyədən Moskvaya uçan 4 təyyarə Litva və Polşa üzərindən geri döndü - Nə baş verir?
Moskvanın Vnukovo hava limanında tətbiq edilən məhdudiyyətlər səbəbindən Türkiyədən Moskvaya uçan dörd təyyarə uçuş hava limanlarına qayıdıb.
Publika.az xəbər verir ki, bu barədə TASS agentliyi Avropa Birliyinin hava nəqliyyatına nəzarət üzrə mənbəyə istinadən məlumat verib.
Qeyd olunur ki, bunlar Ankara, İstanbul, Dalaman və Bodrumdan Rusiya paytaxtına uçan təyyarələr olub.
Agentliyin mənbəsinin məlumatına görə, təyyarələr Litva və Polşa hava məkanında olarkən dönüş edib.
İstanbuldan Vnukovoya gedən başqa bir təyyarə isə Sankt-Peterburqa eniş edib.
6 oktyabr səhəri Moskva meri Sergey Sobyanin hava hücumundan müdafiə qüvvələrinin paytaxta gedən daha 19 dronu ələ keçirdiyini bildirib. Agentliyin hesablamalarına görə, günün əvvəlindən bəri şəhərə yaxınlaşan 112 dron vurulub.
Müəllif: Tural
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO
-
ABŞ09:00Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO
-
Region08:48Pezeşkian Xameneinin məzarı önündə diz çöküb ağladı - VİDEO
-
Sağlamlıq08:36İmmuniteti gücləndirən səkkiz tərəvəz: Tərkibində nələr var?


































