Dünya
Kanadanın peşmanlığı: Dünən embarqo tətbiq etmişdi, bu gün Türkiyədən silah alır
2019-cu ildə Türkiyənin pilotsuz uçuş aparatlarına (PUA) embarqo tətbiq edən Kanada indi Türkiyə müdafiə texnologiyalarını öz ordusunun silahlanmasına daxil etməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.
Bildirilib ki, Ottava Türkiyə istehsalı PUA-ların satın alınması, eləcə də sursat istehsalı və PUA-lara qarşı mübarizə texnologiyaları sahəsində əməkdaşlıqla bağlı ilkin danışıqlara başlayıb.
Kanada 2019-cu ildə Suriya və Qarabağdakı əməliyyatları əsas gətirərək Türkiyəyə hərbi ixrac icazələrini dondurub. Məhdudiyyətlər xüsusilə “BAYKAR” və “TUSAŞ” istehsalı PUA-larda istifadə olunan Kanada mənşəli “L3Harris Wescam” kamera sistemlərini əhatə edib.
Bu qərar Türkiyədə yerli müdafiə texnologiyalarının inkişafını sürətləndirib. “ASELSAN” milli imkanlar hesabına hazırladığı “CATS” kamera sistemini kütləvi istehsala keçirərək bu sahədə xarici asılılığın aradan qaldırılmasına nail olub.
2024-cü ildə embarqoların ləğvindən sonra iki ölkə arasında müdafiə sahəsində münasibətlərdə yumşalma başlayıb. Kanada hazırda sərhədlərin mühafizəsi və uzunmüddətli kəşfiyyat-müşahidə əməliyyatları üçün Türkiyə istehsalı “MALE” sinifli PUA-larla maraqlanır.
Məlumata görə, Türkiyə ilə əməkdaşlıq yalnız PUA tədarükü ilə məhdudlaşmayacaq, sursat istehsalı və PUA-lara qarşı mübarizə texnologiyalarını da əhatə edəcək.
Kanadanın Baş naziri Mark Karninin oktyabrın 21-23-də Türkiyəyə səfəri də gözlənilir. Səfər zamanı nüvə enerjisi, ticarət əlaqələri və müdafiə sahəsində strateji əməkdaşlığın müzakirə olunacağı qeyd olunur.
Müəllif: Roza
-
Rəsmi xronika10:28MDB bu cür platforma kimi özünü təsdiqləyib
-
Tarix10:12Hataydan Romaya gedərkən batan gəmi tapıldı: Dənizin dibindən 2100 illik sirr çıxdı - FOTO
-
Sosial10:09Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış etdi - YENİLƏNDİ
-
İdman09:00Maradonanın həkimlərinə qarşı ağır ittihamlar - Prokuror elə cəzalar istədi ki...
-
ABŞ08:48Nəhəng kabaçki yetişdirən qadın rekorda imza atdı
-
Kriminal08:24Kişi sevgilisini evdə hazırlanmış silahla öldürdü
-
MDB08:00Putin ad gününü keçmiş xarici liderlə qeyd edib - FOTO
-
İKT07:47"Apple" yeni təqdimatın tarixini açıqladı - Yeni hibrid cihaz gəlir...














.jpg)


.jpg)





.png)












