Pakistan da müharibəyə qoşuldu: Hava əməliyyatlarına başladı
Bizi izləyin

Dünya

Pakistan da müharibəyə qoşuldu: Hava əməliyyatlarına başladı

Pakistan da müharibəyə qoşuldu: Hava əməliyyatlarına başladı

Pakistan Hərbi Hava Qüvvələrinin Yəməndə İranın dəstəklədiyi husilərə qarşı həyata keçirilən hərbi əməliyyatlarda iştirak etdiyi bildirilir.

Publika.az xəbər verir ki, bu barədə Pakistanın yüksək vəzifəli hərbi rəsmisi “The New York Times” qəzetinə açıqlamasında məlumat verib.

Bildirilib ki, İslamabad Səudiyyə Ərəbistanının rəhbərliyi altında yenidən başlayan müharibəyə hava qüvvələri ilə dəstək verir.

Pakistanın əməliyyatlarda əsas məqsədinin husilərin pilotsuz uçuş aparatları (PUA) və raket təhlükəsini zəiflətmək olduğu qeyd olunur. Məlumata görə, ölkə birbaşa quru əməliyyatlarında iştirak etmək əvəzinə, hava dəstəyi göstərməyə üstünlük verir.

Əməliyyatlara neçə döyüş təyyarəsinin cəlb olunduğu və hansı hədəflərin vurulduğu açıqlanmayıb. Pakistan ordusu da məsələ ilə bağlı rəsmi şərh verməyib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki David O. Smith Səudiyyə Ərəbistanında təxminən 8 min Pakistan əsgərinin yerləşdirildiyini bildirib. Onların arasında Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və hava hücumundan müdafiə bölmələri də var.

Smitin sözlərinə görə, Pakistan hərbçilərinin əsas vəzifəsi Səudiyyə Ərəbistanının neft infrastrukturunu qorumaqdır.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm