Dünya
Səudiyyə Ərəbistanı Yəməndə geri çəkildi: Komandanlıq dəyişdirildi
Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı döyüşən koalisiya qüvvələrinin komandanını dəyişib. Bu qərar Qırmızı dəniz sahilindəki şəhərlərə nəzarəti bərpa etmək cəhdlərinin uğursuzluğa düçar olmasından sonra verilib.
Publika.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı kral fərmanına istinadən məlumat yayıb.
Fərmana əsasən, general Fəyyad ər-Rüvəylidə koalisiya qüvvələrinin komandanı vəzifəsinə təyin edilib. O, general-leytenant Fəhd bin Həmmad Əl-Səlmanı əvəzləyib. Əl-Səlman isə müdafiə nazirinin hərbi müşaviri vəzifəsinə keçirilib.
Komandanlıq dəyişikliyi koalisiya qüvvələrinin Qırmızı dəniz sahilində nəzarəti bərpa etmək üçün başladığı əməliyyatı dayandıraraq əlavə qüvvələri Yəmən hökumətinin müvəqqəti paytaxtı Ədənə göndərməsindən sonra baş verib. Buna səbəb husilərin şəhərə doğru irəliləməsidir.
Yəmənin beynəlxalq səviyyədə tanınan hökuməti koalisiya qüvvələrinin strateji əhəmiyyətli Bab əl-Məndəb boğazı yaxınlığındakı mövqelərdən geri çəkilərək Ədənin müdafiəsinə yönəldiyini açıqlayıb.
Bu geri çəkilmə Səudiyyə Ərəbistanının dəstəklədiyi husilərə qarşı kampaniya üçün ciddi uğursuzluq hesab olunur. Sentyabrda husilər Qırmızı dəniz sahilindəki Moha liman şəhəri də daxil olmaqla, hökumətin nəzarətində olan əraziləri ələ keçirib. Daha sonra ölkənin iri şəhərlərindən biri olan Taizi mühasirəyə alıblar. Hökumət qüvvələri Mohaya nəzarəti geri qaytara bilməyib.
Müəllif: Adəm
-
Region14:10Ermənistan parlamentində müzakirə: Müxalifət hansı ölkəyə işləyir?
-
ABŞ13:46Vens xalqa səsləndi: Təşvişə düşməyin, amma ... - Nə baş verir?
-
İdman13:10Messinin həyat yoldaşı Maçu Pikçudan cazibədar FOTOLAR paylaşdı
-
Avropa12:04Bu ölkənin prezidenti Saakaşvili haqda ədəbsiz ifadə işlədib - Lavrov adını açıqladı
-
Nida Xəbər 11:22Qəbul olunmuş 180-dən çox qərar ləğv olundu - Naxçıvanda nə baş verir?
-
Magazin110:34Pərviz Bülbülənin başına səhnədə iş gəldi - VİDEO
-
Köşə09:40Dövlət Azərbaycan futboluna maliyyəni kəssə, nələr olar?
-
Dünya09:34Monqolustan prezidenti istefa verir - Ölkədə hakimiyyət dəyişikliyi gözlənilir





































