ABŞ-ın müttəfiqləri təşvişdə: Tramp Ukrayna və Tayvanı qurban verə bilərmi?
Bizi izləyin

Dünya

ABŞ-ın müttəfiqləri təşvişdə: Tramp Ukrayna və Tayvanı qurban verə bilərmi?

ABŞ-ın müttəfiqləri təşvişdə: Tramp Ukrayna və Tayvanı qurban verə bilərmi?

ABŞ-ın müttəfiqləri Donald Trampın Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə keçirəcəyi üçtərəfli sammitin gözlənilməz nəticələrindən ehtiyat edirlər.

Publika.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Bildirilib ki, Ağ Ev görüşün əsas məqsədinin nüvə tərksilahı məsələsinin müzakirəsinə başlamaq olduğunu açıqlasa da, Avropa rəsmiləri sammit zamanı Ukrayna və Tayvanla bağlı narahatedici qərarların qəbul edilə biləcəyindən çəkinirlər. Onların fikrincə, Trampın mövqeyi ABŞ-ın müttəfiqlərinin maraqlarına zidd ola və ya onların rəqiblərinə dəstək kimi qiymətləndirilə bilər.

Avropalı diplomatlardan biri nəşrə açıqlamasında qeyd edib ki, Trampın Putinlə hər görüşü Ukrayna və Avropa üçün pis xəbərlərlə nəticələnir. Buna görə də müttəfiqlər bütün mümkün ssenarilərə hazırlaşırlar.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə daha əvvəl Putin, Tramp və Si Cinpinin qarşıdakı görüşdə Ukrayna üzrə dialoqun davam etdirilməsi məsələsini müzakirə edə biləcəklərini bildirib. O, hazırda münaqişənin nizamlanması ilə bağlı üçtərəfli danışıqların davam etdirilməsinə dair konkret razılaşma və istiqamətlərin olmadığını vurğulayıb.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm