İdman
Türkiyə şirkəti “Kamp Nou”nun təmirini başa çatdıracaq - Yeni tarix bəlli oldu
“Barselona” və Türkiyənin “Limak” tikinti şirkəti “Kamp Nou” stadionunun təmirini başa çatdırmaq barədə razılığa gəliblər. Layihənin son mərhələsi arenanın damının quraşdırılmasını əhatə edir.
Publika.az xəbər verir ki, “Mundo Deportivo”nun məlumatına görə, investorlar müqaviləni təsdiqləyiblər və klubun 19 sentyabrda keçirilən ümumi yığıncağında təsdiqlənmiş kredit artımını – 300 milyon avro köçürüblər.
İşlərin cari mövsümün bitməsindən dərhal sonra başlanması və 2027-28 mövsümünün ikinci yarısında başa çatdırılması gözlənilir. Layihə başa çatdıqdan sonra “Barselona” tribunanın hər üç mərtəbəsindən istifadə edə biləcək. Təmir işləri zamanı klub oyunları Olimpiya Stadionunda keçirməyi planlaşdırır.
Təmir olunmuş arena yeni mağaza, muzey və VIP zonalar vasitəsilə əlavə gəlir gətirməlidir. Stadionun Çempionlar Liqasının finalına ev sahibliyi edəcəyi 2028-29 mövsümündə tam tutuma çatması planlaşdırılır.
-
Cənubi Qafqaz15:52Moskva-İrəvan xəttində dəmir yolu böhranı - Ermənistan Rusiyaya etiraz edir
-
Rəsmi xronika15:43İlham Əliyev Azərbaycanla Özbəkistan arasında iki sənədi təsdiqlədi
-
Sosial15:22Birdəfəlik sosial müavinətlər ödənildi
-
Magazin114:46“Boşanmalarda 99% qız tərəfi günahkardır” - Aşıq Zülfiyyə
-
Region14:10Ermənistan parlamentində müzakirə: Müxalifət hansı ölkəyə işləyir?
-
ABŞ13:46Vens xalqa səsləndi: Təşvişə düşməyin, amma ... - Nə baş verir?
-
İdman13:10Messinin həyat yoldaşı Maçu Pikçudan cazibədar FOTOLAR paylaşdı
-
Avropa12:04Bu ölkənin prezidenti Saakaşvili haqda ədəbsiz ifadə işlədib - Lavrov adını açıqladı














.jpg)


.jpg)






















