Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Bizi izləyin

Dünya

Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...

Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...

Yaponiyanın 47 prefekturasından ən azı 17-si 2040-cı ilədək ümumilikdə 145 orta məktəbi bağlamağı planlaşdırır.

Publika.az “Asahi” qəzetinə istinadən xəbər verir ki, nəşr yerli hakimiyyət orqanları arasında keçirdiyi sorğu zamanı bu planları müəyyənləşdirib.

Proqnozlara əsasən, 2030-cu ilədək 13 prefekturada 41 məktəb, 2040-cı ilədək isə daha 37 məktəb bağlanacaq. Daha dörd prefektura 2040-cı ilədək 67 məktəbi bağlamağı nəzərdə tutur.

Qəzet 17 prefekturadan konkret cavab ala bilib. Daha 30 prefekturada da məktəblərin bağlanması ilə bağlı planların nəzərdən keçirildiyi bildirilib.

Məktəblərin sayının azaldılmasının əsas səbəbi ölkədə doğum səviyyəsinin aşağı düşməsi və əhalinin azalmasıdır. Yaponiyanın İnzibati İşlər və Kommunikasiya Nazirliyinin proqnozuna görə, 15 yaşadək əhalinin sayı 2024-cü ildə 1,06 milyon olduğu halda, 2039-cu ilədək təxminən 700 min nəfərə enəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm