Kiyevə kütləvi raket hücumu: Xəstəxanaya, metroya və körpüyə ziyan dəydi - Yaralılar var
Bizi izləyin

Dünya

Kiyevə kütləvi raket hücumu: Xəstəxanaya, metroya və körpüyə ziyan dəydi - Yaralılar var

Kiyevə kütləvi raket hücumu: Xəstəxanaya, metroya və körpüyə ziyan dəydi - Yaralılar var

Kiyev oktyabrın 22-nə keçən gecə ballistik raketlərlə kütləvi hücuma məruz qalıb.

Publika.az xəbər verir ki, şəhərdə güclü partlayışlar baş verib, dağıntılar qeydə alınıb.

Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, hücum nəticəsində ikisi uşaq olmaqla 15 nəfər yaralanıb, onlardan 8-i xəstəxanaya yerləşdirilib.

Zərbələr nəticəsində “Cənub” körpüsünə, metro infrastrukturuna, təcili tibbi yardım xəstəxanasının binasına və 6 avtomobilə ziyan dəyib. Körpüdə hərəkət dayandırılıb, metronun bəzi istiqamətlərində isə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm