Dünya
Avropa Rusiyaya münasibətdə geri çəkilir? - Yeni diplomatik gediş
Avropanın bəzi ölkələri Ukrayna münaqişəsinin həllində diplomatik vasitələrə daha çox diqqət yetirməyə başlayır.
Publika.az xəbər verir ki, bu qənaətə ABŞ-ın “Responsible Statecraft” nəşrinin köşə yazarı Metyu Blekbern Osloda keçirilən danışıqları, eləcə də Finlandiya və Norveç rəsmilərinin bəyanatlarını təhlil etdikdən sonra gəlib.
Müəllifin fikrincə, hər iki ölkənin rəhbərliyinin daha təmkinli ritorikası Avropanın Rusiyaya münasibətdə siyasətinə yenidən baxılmasının ilk addımı ola bilər. Blekbern hesab edir ki, hərbi əməliyyatların indiki formatda davam etdirilməsi Kiyevin və onun Qərb müttəfiqlərinin qarşıya qoyduğu məqsədlərə çatmağa imkan verməyəcək.
Köşə yazarı Moskva üzərində təzyiqi artırmaq cəhdlərinin, o cümlədən Rusiya ərazisinə zərbələrin gözlənilən nəticəni vermədiyini də vurğulayıb. Onun fikrincə, münaqişənin daha da kəskinləşməsi bütün tərəflər üçün itkiləri artıra bilər.
Blekbern Avropa ölkələrinin ABŞ-ın hərbi dəstəyindən asılılığına da diqqət çəkib. O hesab edir ki, Amerikanın kəşfiyyat məlumatları və silah tədarükü olmadan Avropa dövlətlərinin Rusiyaya qarşı əvvəlki səviyyədə təzyiqi davam etdirməsi çətin olacaq.
Müəllif alternativ olaraq Vaşinqtonun iştirakı ilə kompromis axtarışına və münaqişənin diplomatik yolla həllinə üstünlük verilməsini təklif edir. Onun qənaətinə görə, Finlandiya və Norveçin Rusiya tərəfi ilə təmasları münaqişənin həlli üçün fərqli yollar axtarmaq istəyini əks etdirir.
Müəllif: Adəm
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO























.jpg)










