Türkiyənin qonşusundan etiraf: “Onların icazəsi olmadan heç nə edə bilmərik”
Bizi izləyin

Dünya

Türkiyənin qonşusundan etiraf: “Onların icazəsi olmadan heç nə edə bilmərik”

Türkiyənin qonşusundan etiraf: “Onların icazəsi olmadan heç nə edə bilmərik”

Yunanıstanın keçmiş baş naziri Kostas Karamanlis Türkiyə ilə Liviya arasında imzalanmış dəniz yurisdiksiyası sazişi ilə bağlı diqqətçəkən açıqlama verib.

Publika.az xəbər verir ki, bu barədə “Kathimerini” nəşri məlumat yayıb.

2004-2009-cu illərdə Yunanıstanın baş naziri olmuş Karamanlis Türkiyənin icazəsi olmadan Egey dənizində heç bir addım ata bilməyəcəklərini bildirib.

O, Türkiyənin Yunanıstanın Egey dənizindəki iddialarını alt-üst etməyə yönəlmiş genişmiqyaslı plan həyata keçirdiyini deyib. Karamanlis, həmçinin Türkiyədən dəniz dibinə kabel çəkmək üçün icazə tələb edilməsi məsələsinə qarşı çıxıb.

Keçmiş baş nazir Türkiyə ilə Liviya arasında imzalanmış anlaşma memorandumunu Yunanıstanın maraqları baxımından “mənfi bir inkişaf” kimi qiymətləndirərək hökuməti məsələ ilə bağlı təcili addımlar atmağa çağırıb.

Qeyd edək ki, Liviya Nümayəndələr Palatasının 2019-cu ildə Türkiyə ilə imzalanmış dəniz yurisdiksiyası sahələrinin sərhədlərinin müəyyənləşdirilməsi haqqında Sazişi təsdiqləməsi Yunanıstanda narahatlıq doğurub.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm